İran və ABŞ arasında dolayı danışıqlar etimadsız atmosferdə davam edir
Beynəlxalq münasibətlər üzrə ekspert Fuad İzzəti “Mehr” agentliyinə verdiyi açıqlamada bildirib:
İran ilə ABŞ arasında davam edən dolayı danışıqlarda, xüsusilə uranın zənginləşdirilməsi sahəsində fikir ayrılıqları və ABŞ tərəfinin dəyişkən mövqeyi əsas problemlər olaraq qalmaqdadır.ABŞ rəsmiləri bildirirlər ki, İran nüvə silahına sahib olmamalıdır. İran tərəfi də dəfələrlə bəyan edib ki, nüvə silahı əldə etmək niyyətində deyil. Bu baxımdan, zahirən tərəflər arasında bu məsələdə anlaşılmazlıq olmamalıdır. Lakin əsas problem, ABŞ prezidenti Donald Trampın mövqeyini dəyişməsi və razılaşmalara sadiq qalmaması ilə bağlıdır.İran, 2015-ci il Nüvə Razılaşması (BƏRCAM) çərçivəsində uranın zənginləşdirilməsini 3.67 faiz səviyyəsində məhdudlaşdırmağı öhdəsinə götürüb. Bu səviyyə ilə nüvə silahı istehsalının mümkün olmadığını ABŞ daxilində və beynəlxalq aləmdə heç bir ekspert iddia etmir. Bu səbəbdən ABŞ-ın bu zənginləşdirmə səviyyəsinə etiraz etməsi məntiqsiz görünür.Ekspertin fikrincə, ABŞ-ın bəzi rəsmiləri İranın nüvə proqramını bəhanə edərək Liviyada tətbiq olunan modelin İran üçün də reallaşdırılmasını nəzərdə tutur. Lakin bu yanaşma İran tərəfindən qəbul edilə bilməz. Çünki Liviya rəhbərliyi nüvə proqramından imtina etdikdən sonra ölkə siyasi və hərbi baxımdan tamamilə dağılmış və dərin böhranlara məruz qalmışdır.