Bəqayi sionist rejimin Evin Həbsxanasına hücumunu pisləyib
İran Xarici İşlər Nazirliyinin sözçüsü X səhifəsində yazdığı mesajda sionist rejimin Evin həbsxanasının xəstəxanasına hücumunu pisləyib və bildirib ki, heç bir vicdan sahibi insan haqlarının kobud şəkildə pozulması və açıq-aşkar hərbi cinayət olan bu vəhşilik qarşısında səssiz qala bilməz.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi X səhifəsində sionist rejimin hücumlarından sonra Evin həbsxanasından bir video yayımlayıb və yazıb: “Sionist rejimin vətənimizə qarşı hərbi təcavüzünün dayandırılmasından bir neçə gün keçdikdən sonra sionist rejimin hücumlarının hədəfi olan Tehranda və İranın digər şəhərlərində Netanyahunun hərbi cinayətlərinin yeni ölçüləri üzə çıxır".
O, davamında əlavə edib: "Aşağıdakı videoda 2015-ci il iyunun 23-də məhbusların ailələri və dostlarının yaxınlarını ziyarət etmək üçün toplaşdıqları Evin həbsxanasının xəstəxanasına İsrailin vəhşicəsinə hücumu göstərilir. Onlar bir sıra işçi heyəti və ətrafdakılarla birlikdə bombardman nəticəsində dağıntılar altında qalıb yanıblar: İsrailin amansız hərbi cinayəti nəticəsində 79 nəfər həlak olub".
"Heç bir vicdan sahibi insan hüquqlarının kobud şəkildə pozulması və açıq-aşkar hərbi cinayət olan bu vəhşilik qarşısında səssiz qala bilməz. Bu təcavüzkar rejim İran xalqına qarşı ağır cinayətlər törətdiyinə görə qəti şəkildə pislənilməli, cavab verməli və cəzalandırılmalıdır", - deyə İran Xarici İşlər Nazirliyinin sözmüsü vurğulayıb.