İyul 09, 2025 13:16 Asia/Baku
  • Əraqçi Səudiyyə Ərəbistanının müdafiə naziri ilə görüşüb

İranın xarici işlər naziri Səudiyyə Ərəbistanının müdafiə naziri ilə görüşdə iki ölkə arasındakı əsas ikitərəfli məsələlər və regionda baş verən son hadisələr, xüsusilə də sionist rejimin İran İslam Respublikasına qarşı hərbi təcavüzü barədə fikir mübadiləsi aparıb.

 Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salman, İranın xarici işlər naziri ilə görüşdən sonra "X" sosial şəbəkədə öz şəxsi səhifəsində yazıb:“İran İslam Respublikasının xarici işlər naziri doktor Abbas Əraqçi ilə görüşdüm. Bu görüşdə ikitərəfli əməkdaşlığın müxtəlif sahələrini nəzərdən keçirdik. Həmçinin regional proseslər, təhlükəsizlik və sabitliyin artırılması istiqamətindəki səylər və ortaq maraq doğuran bir sıra digər məsələlər haqqında fikir mübadiləsi apardıq.”