İyul 12, 2025 12:17 Asia/Baku
  • Pentaqon İran raketinin Qətərdəki hava bazasına düşdüyün təsdiq edib

Amerika müdafiə nazirliyi- Pentaqon-un sözçüsü ötənaykı hücumlar gedişində İran tərəfindən atılan ballistik raketlərdən birinin ABŞ-ın Yaxın Şərqdəki ən iri hərbi bazası olan Qətərdəki Əludəyd hava bazasına düşdüyünü bildirib.

Pentaqon sözçüsünün iddiasına görə, bu raket hücumu bazanın təchizat və qurğularına az xəsarət vurub.

Onun növbəti iddiasına əsasən: Heç bir ziyan dəyməyib. Əludəyd hava bazası tam əməliyyat formasında qalmaqda davam edir.

Assoşieyted-Press tərəfindən analiz edilən peyk görüntüləri göstərir ki, İranın Amerikanın Qətərdəki mühüm hava bazasına hücumu amerikalıların təhlükəsiz kommunikasiyalar zamanı istifadə etdikləri təchizatların saxlanıldıqları məkan olan geodeziya qübbəsinə ziyan vurub.

Assoşieyted-Press yazıb: İranın/ iyunun iyirmi üçündə Qətərin paytaxtı- Dohadan kənarda yerləşən Əludəyd hava bazasına hücumu, İrandakı üç nüvə saytının Amerika tərəfindən bombalanmasına cavab olaraq həyata keçirilib. Bu hücum İran İslam Respublikasına/ əvəz çıxmaq üçün bir dəlil verdi və sürətlə ABŞ prezidenti Donald Trampın vasitəçiliyilə atəşkəs və onikigünlük İran-İsrail müharibəsinin bitməsi ilə nəticələndi.