İyul 12, 2025 14:56 Asia/Baku
  • İsrailin İran qarşısındakı struktur zəifliyi ifşa olundu

Sionist rejimin İran İslam Respublikasına onikigünlük təcavüzündən sonra yaranmış qarışıq atmosferdə qəflətən İsrail rejiminin keçmiş müharibə naziri Yuav Qalantın İslam İnqilabının Ali Rəhbərinə ünvanlanan məktubu yayılır.

Bu məktub hərbi bir mesaj olmaqdan öncə, strateji iztiraba bürünmüş, köhnəlmiş və siyasi bir sənəddir. İsrail rejiminin keçmiş müharibə nazirinin Ayətullahuluzma Xameneiyə məktubu təsiredicilik üzrə səy olmaqdan öncə, onikigünlük müharibədə həm döyüş meydanında, həm də strateji sahədə nakam qalan bir rejimin acizliyinin əks-sədasıdır.

Müqavimət mehvərinə qarşı hücumlar təşkil etmək keçmişinə malik olan Qalant, hazırda hərbi təzyiqin davam etdirilməsi yerinə, siyasi məktubyazmaya üz tutub. Bu məsələ, hərbi məntiqdə, təşəbbüs deyil, məğlubiyyət nişanəsidir.

Məktubun məğzində bir çox üstüörtülü etiraflar gizlənib- Rəhbərliyin qüdrətli İran qurmaq üzrə otuzillik səyinin yüksək dəyərləndirilməsindən tutmuş, daim alovlana biləcək bir kül kimi İsrail ətrafında alov halqasının işlənib hazırlandığı etiraf edilir. Bu etiraflar düşmənçiliyi göstərməkdən daha çox, İranın yumşaq və sərt qüdrətinin dərindən dəkr edildiyindən söz açır.

Məktubun sonunda gələn müzakirə təklifi, Təl-Əvivin strateji süqutunun nişanəsidir. Bundan öncə qabaqlayıcı hücumların tərəfdarı olan Qalant, hazırda diplomatiya dilinə pənah aparıb. Bu istiqamət dəyişikliyi, aqillik üzündən deyil, İranı və müqavimət mehvərini yatırtmaqda acizliyin etirafı hesab olunur.