İyul 14, 2025 17:34 Asia/Baku
  • Görəsən, bu dəfə Azərbaycan İsraili pisləyəcək?

İranın təbrizli prezidenti Məsud Pezeşkiyanın terrorçu İsrail rejimi tərəfindən təşkil edilən uğursuz terror əməliyyatında yaralanması məsələsinin ifşa olunması ilə, baxışlar Azərbaycan Respublikası hakimiyyətinə yönəlib.

İnsanlar görmək istəyirlər ki, görəsən, rəsmi Bakı İsrail rejiminin İranda, o sıradan, Təbrizdə mülkilərə, xüsusən də İranın türk-azəri prezidentinə qarşı törətdiyi qırğın məsələsini gündəmə gətirəcək, yoxsa yox? Və görəsən, rəsmi Bakı İsrail-li olmağı türk irqindən olmaqdan üstün tutacaq?

Bir yüksək vəzifəli iranlı rəsmi ərəbcə yayımlanan Əlcəzirə telekanalına deyibdir ki, İsrail rejimi onikigünlük müharibə gedişində, İranın milli təhlükəsizlik şurasının mühüm iclası zamanı İran prezidentini terror etmək istəyirdi.

O, əlavə edib: İsrail qəsdən İran prezidentini hədəfə aldı, zira, ölkədəki hakimiyyət quruluşunu devirmək məqsədilə prezidentə sui-qəsd etmək, İsrailin planının bir hissəsi olub.

Bu sui-qəsd, İsrail rejiminin təcavüzünə cavab üzrə strateji qərarlarla bağlı mühüm iclas əsnasında baş verib- deyən sözügedən mənbə sonra belə söyləyib: İsrail rejimi bu hücumda İranda qarışıqlıq törətmək üçün ölkənin icra, qanunvericilik və məhkəmə hakimiyyətlərinin başçılarını hədəfə aldı.

Biz İsrailin İran prezidentinə qarşı sui-qəsdi barədə geniş təhqiqatlara başlamışıq və bir ünsürdən şübhələnirik. Prezident Pezeşkiyanın həyatına sui-qəsd, terrorçu İsrail rejiminə baha başa gələcək- deyə, yüksək vəzifəli iranlı rəsmi vurğulayıb.