Əraqçi Tacikistan prezidenti ilə görüşüb
İranın xarici işlər naziri Seyid Abbas Əraqçi çərşənbə günü Düşənbəyə rəsmi səfəri çərçivəsində Tacikistan prezidenti İmaməli Rəhmanla görüşüb və danışıqlar aparıb.
Xalq sarayında keçirilən bu görüşdə, İraqçi İslam İnqilabının Ali Məqamlı Rəhbərinin və İran prezidenti Məsud Pezeşkianın Tacikistan prezidentinə və xalqına səmimi salamlarını çatdırıb və İran İslam Respublikasının hər iki ölkəni maraqlandıran bütün sahələrdə əlaqələri genişləndirmək əzmində olduğunu vurğulayıb.
Seyid Abbas Əraqçi İran və tacik xalqları arasında dərin dostluq və anlaşma bağlarını, xüsusən də ortaq dil, soy, sivilizasiya, tarix və mədəniyyəti vurğulayaraq, qeyd edib ki, İran İslam Respublikası iqtisadi, ticarət, diplomatik və mədəni-təhsil və digər sahələrdə əlaqələri daha da gücləndirmək üçün bu unikal və dəyərli ortaqlıqlardan maksimum istifadə etməkdə qərarlıdır.
Tacikistan prezidenti İmaməli Rəhman da öz növbəsində İran İslam Respublikasının xarici işlər nazirinə xoş gəlmisiz deyərək, səmimi salamlarının Ali Məqamlı Rəhbərə və İran prezidentinə çatdırılmasını xahiş edib.
O, İran və Tacikistan arasındakı münasibətləri dərin tarixi dostluğa söykənən xüsusi əlaqələr kimi qiymətləndirib və ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
İmaməli Rəhman və İraqçi, həmçinin regional hadisələr, o cümlədən Mərkəzi Asiya, Qafqaz, Əfqanıstan və Qərbi Asiyadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.