Ərbəin şiələrin böyük siyasi, dini və ictimai təlimidir
https://azeri.sahartv.ir/news/İran-i421072-Ərbəin_şiələrin_böyük_siyasi_dini_və_ictimai_təlimidir
İran xarici işlər naziri deyib: Ərbəin mərasimi şiələrin böyük siyasi, dini və ictimai təlimidir və hər bir iranlı zəvvar bu mərasimdə İran İslam Respublikasının səfiri rolunu oynayır.
(last modified 2025-08-02T03:09:44+00:00 )
Avq 01, 2025 11:08 Asia/Baku
  • Ərbəin şiələrin böyük siyasi, dini və ictimai təlimidir

İran xarici işlər naziri deyib: Ərbəin mərasimi şiələrin böyük siyasi, dini və ictimai təlimidir və hər bir iranlı zəvvar bu mərasimdə İran İslam Respublikasının səfiri rolunu oynayır.

İran xarici işlər naziri Seyid Abbas Əraqçı bunları Ərbəin Radio-suna müsahibəsində Ərbəin yürüşünün əzəmətinə işarə ilə deyib.

İraqçı əlavə edib: Bu əzəmətli iştirak şiənin beynəlxalq səviyyədə ahəngdarlığı, nizam-intizamı, aqilliyi və izzətinin təzahürü olmalıdır.

Müxtəllif ölkələrdən olan iyirmi milyondan çox zəvvarın iştirakına toxunan İran xarici işlər naziri vurğulayıbdır ki: Ərbəin yürüşü təkcə bir ziyarət hadisəsi olmayıb, həm də şiənin qüdrəti və vəhdəti barədə dünya üçün mühüm mesaja malik olan bir tədbirdir.