İyul 31, 2025 10:50 Asia/Baku
  • Qərbin Qəzzə müharibəsi qarşısındakı ikili standartı

İran İslam Şurası Məclisinin sədri finlandiyalı həmkarı ilə görüşdə İran mədəniyyəti və sivilizasiyasında insan hüquqlarının, ədalətin və humanitar məsələlərin önəmli olduğunu bildirib.

O, qeyd edib ki, Qərb Qəzzə müharibəsinə ikili standartla yanaşır.

İran İslam Şurası Məclisinin sədri Məhəmməd-Baqir Qalibaf və Finlandiya parlamentinin sədri Yussi Halla-aho BMT-nin Cenevrədəki qərargahında keçirilən Dünya Parlamentləri sədrlərinin altıncı iclasının kənarında görüşüb, söhbət ediblər.

İran İslam Şurası Məclisinin sədri görüşdə bildirib ki, İran İslam Respublikası heç vaxt beynəlxalq məsələlərlə ikili rəftar etməyib. Qeyd edib ki, bu məsələ/ Qəzzə məsələsi, hətta Rusiya-Ukrayna müharibəsində də özünü göstərir.

O, söyləyib: İran heç vaxt təcavüzkarlığı himayə etmir və onu rəsmən tanımır. Belə bir halda, Qəzzədəki müharibənin törətdiyi insani şəraitin Rusiya ilə Ukrayna arasındakı savaşla müqayisə olunması yersiz müqayisədir.

Finlandiya parlamentinin sədri Yussi Halla-aho da öz növbəsində belə deyib: Finlandiya hələ Fələstini rəsmən tanımayıb, amma, aparılmış rəy sorğularında xalqın yarısı Fələstinin rəsmən tanınmasını istəyir.

O, deyib: Finlandiya da ikili standartların icra edilməsinə inanmır. Biz Qəzzədə/ insan hüquqlarına zidd olan/ mülkilərin qırğın olunmalarını pisləyirik.

Yussi Halla-aho sonra belə qeyd edib: Finlandiya önləyici təcavüz anlamı ilə razı deyil. Biz İran da daxil olmaqla müstəqil ölkələrin ərazi bütövlüklərinin qorunmalı olduğuna inanırıq.