Prezident Pezeşkian:
İran və Pakistan sərhəd əməkdaşlığını genişləndirir
İran prezidenti Məsud Pezeşkian yüksək səviyyəli siyasi və iqtisadi nümayəndə heyətinə başçılıq edərək, Pakistan rəsmiləri ilə danışıqlar aparmaq üçün şənbə günü səhər Tehrandan İslamabada yola düşüb.
Prezident Pezeşkian Pakistana yola düşməzdən verdiyi açıqlamada deyib: "Pakistana səfər zamanı ikitərəfli əlaqələri, xüsusilə sərhəd ticarəti, ortaq bazarlar, hava və dəniz imkanları sahələrində gücləndirməyə çalışacağıq".
Pezeşkian qeyd edib ki, İran və Pakistan arasında müsbət və konstruktiv əlaqələr mövcuddur və İnşallah birgə səylər nəticəsində bu əlaqələr hədəflənmiş səviyyəyə, yəni 10 milyard dollara yaxın səviyyəyə yüksəldiləcək.
O əlavə edbi: "İslam ümmətinin düşmənləri həmişə müsəlman ölkələri arasında təfriqə salmağa çalışıblar. Biz bu cərəyanı düzəltməyə çalışırıq”.
Prezident Pezeşkian səfəri zamanı Pakistan prezidenti Asif Əli Zərdari, Pakistanın baş naziri Şahbaz Şərif və yüksək səviyyəli siyasi və hərbi rəsmilərlə görüşüb, danışıqlar aparacaq.