Pakistan baş naziri:
İran raketləri İsrailin müdafiə zəifliyini dünyaya göstərdi İranın nüvə haqqını himayə edirik
Pakistan baş naziri Şahbaz Şərif İran prezidentilə birgə mətbuat konfransında sionist rejimin İran və Fələstinə qarşı hücum və təcavüzlərini pisləyib, ölkəsinin İran İslam Respublikasının mövqeləri və Fələstin xalqının hüquqlarını himayə etdiyini vurğulayıb.
Pakistan baş naziri həmçinin sionist rejimin İran İslam Respublikasına qarşı son hərbi təcavüzünə toxunub və belə deyib: İyun ayında sionist rejim heç bir dəlil və heç bir aqilanə əsas olmadan İrana qarşı müharibəyə başladı. Bu müharibə təkcə mənim və mənim hökumətim tərəfindən deyil, həm də 240 milyon Pakistan vətəndaşının nöqteyi-nəzərindən tamamilə pislənir və qəbuledilməzdir.
İran xalqının bu təcavüzlər qarşısında duruş gətirməsini yüksək dəyərləndirən Şahbaz Şərif əlavə edib: İslam İnqilabının Ali Rəhbəri və İran prezidenti silahlı qüvvələrlə yanaşı, şücaətli və aqilanə rəhbərliklə öz ölkələrini müdafiə etdi və İran raketlərinin yağışı altında sionist rejimin müdafiə sisteminin zəifliyi və faydasızlığını nümayiş etdirdilər.
Ölkəsinin beynəlxalq hüquq çərçivəsində İranın hüquqlarını tam şəkildə himayə etdiyini vurğulayan Pakistan baş naziri deyib: Pakistanın prinsipial mövqeyi budur ki, BMT Nizamnaməsinə əsasən, İran/ nüvə enerjisindən dincməqsədli istifadə yolunda addım atmaq üzrə tam haqqa malikdir. Biz bu qanuni haqqı himayə edirik.
Pakistan baş naziri həmçinin İranla iqtisadi əməkdaşlıqların genişləndirilməsini alqışlayıb, imzalanmış memorandumların tezliklə icra müqavilələrinə çevriləcəyinə ümidvarlıq edib.
Bizim ortaq məqsədimiz, bu görüşdə barəsində əhatəli şəkildə danışdığımız ikitərəfli ticarət mübadilələrini on milyard dollar səviyyəsinə çatdırmaqdır.