General-mayor Hatəmi:
Bizim güclənməkdən başqa çarəmiz yoxdur
İran ordusunun baş komandanı general-mayor Əmir Hatəmi ordunun gücləndirilməsinin vacibliyini vurğulayaraq, deyib: "Dünya və regionun hazırki həssas şəraitində ölkənin təhlükəsizliyini qorumağın yeganə yolu güclü olmaq və güclü orduya sahib olmaqdır".
General-mayor Hatəmi Həkimlər və Əczaçılar Günü münasibəti ilə keçirilən mərasimdə ordunun tibb və müalicə heyətinin müharibələrdəki, xüsusilə də son məcburi müharibədəki mühüm rolunu yüksəl qiymətləndirərək, deyib:
"Ordunun tibb heyəti bütün var gücü ilə döyüşçülərimin kənarında dayandı və xalqımızın ağrı-acısını yüngülləşdirməyə çalışdı.O, həmçinin xatırladıb ki, ordu ölkənin müstəqilliyini və ərazi bütövlüyünü müdafiə etmək kimi böyük vəzifə daşıyır və bu vəzifə İranın özünəməxsus geosiyasi mövqeyinə görə, daha böyük əhəmiyyət kəsb edir". Hatəmi davamında deyib: "Müasir dünyada qüdrət olmadan sülh mənasızdır. Xalqımızı qorumaq üçün bizə hər bir komponenti o cümlədən səhiyyə və tibb sistemi öz vəzifəsini düzgün yerinə yetirən güclü ordu lazımdır".