Sen 14, 2025 12:45 Asia/Baku

İranın İsrailin Veysman institutuna qarşı raket hücumu, əlli laboratoriyanın, həmçinin bu elmi mərkəzin milyardlıq sərmayələri və təchizatlarının məhv olmasına səbəb olub və sionist rejimin startap iqtisadiyyatına ağır zərbə endiribdir.

İsrail rejimi mediaları xəbər veriblər ki, İranla İsrail arasındakı onikigünlük müharibə gedişində Veysman elmi-tədqiqat institutu geniş zərərlərə düçar olub.

İnstitutun elmi şurasının sədri dünən vurğulayıb ki, bu elmi-tədqiqat orqanı iki İran raketinin hədəfinə tuş gəlib və ona, bərpası mümkün olmayan zərərlər dəyib.

Dağıntıların həcmi çox genişdir. Belə ki, əlli laboratoriya tam şəkildə məhv olub. Mərkəzin maliyyə sərmayələri və bahalı təchizatlarından bir çoxu məhv olub. Tələbələr də lazımi şəraitin olmaması üzündən öz elmi fəaliyyətlərini davam etdirməyə qadir deyillər- deyə, İsrailin Veysman institutunun elmi şurasının sədri bildirib.

Veysman institutunun elmi şurasının sədri institutun beynəlxalq elmi orqanlar və universitetlər tərəfindən geniş surətdə boykot edildiyinə də diqqət çəkib və bundan nigarançılıq ifadə edib.

Biz elmi sanksiya ilə üzləşirik. Belə ki, bir çox beynəlxalq elmi mərkəz, tədqiqat sahələrində bizimlə əməkdaşlıq etməkdən boyun qaçırır- deyə, Veysman institutunun elmi şurasının sədri xatırladıb.