Sen 15, 2025 14:24 Asia/Baku

İran prezidenti Məsud Pezeşkian İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasının fövqəladə sammiti öncəsi İslam ölkələrini birliyə və sionist rejimlə bütün əlaqələri kəsmək üçün əməli tədbirlər görməyə çağırıb.

Məsud Pezeşkian İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasının fövqəladə sammitində iştirak etmək üçün Qətərə yola düşməzdən əvvəl verdiyi açıqlamada sionist rejimin özü üçün heç bir çərçivə və məhdudiyyət tanımadığını bəyan edərək, deyib: "Bu rejim bir çox İslam ölkələrinə, o cümlədən Livan, , İraq, Suriya, Qətər, İran və Yəmənə hücum edib. Bu rejim istədiyini edir və təəssüf ki, bu hərəkətlər ABŞ və Avropa ölkələri tərəfindən də dəstəklənir".

Məsud Pezeşkian İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasının  fövqəladə sammitinin müsbət nəticə verəcəyinə ümidvalıq edərək, əlavə edib: "İslam ölkələri sionist rejimin hərəkətlərinə qarşı birliklərini artırmalı və bu rejimin cinayətlərinin beynəlxalq və hüquqi forumlarda təqib edilməsinə çalışmalıdırlar".

O, vurğulayıb ki, əgər müsəlmanlar birləşsələr, sionist rejim ölkələrimizə hücum etməyə və bütün beynəlxalq qanunları tapdalamağa cəsarət etməz.

Qeyd edək ki, sionist rejim qırıcıları çərşənbə axşamı Qətərin hava məkanını pozaraq, bu ölkənin paytaxtı Dohanın Karata bölgəsində Xəlil əl-Həyyənin başçılıq etdiyi HƏMAS-ın yüksək səviyyəli nümayəndə heyətinin görüş yerini bombalayıb.

Buna görə də, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin iclası sionist rejimin Qətərə qarşı hərbi təcavüzü məsələsini müzakirə etmək üçün bazar günü, sentyabrın 14-də Qətərin paytaxtı Dohada İran İslam Respublikasının xarici işlər nazirinin iştirakı ilə keçirilib. Bu iclas, bu gün Məsud Pezeşkianın da iştirak ilə keçiriləcək İslam-Ərəb liderlərinin zirvə görüşünə hazırlıq idi.