Sen 17, 2025 17:35 Asia/Baku
  • İnqilab Rəhbəri İranın sərbəst güləş komandasını təbrik ediblər

İranın sərbəst güləş komandasının iki min iyirmi beşinci il dünya çempionatında qalib gəlməsi münasibətilə Həzrət Ayətullahuluzma Xamenei bir mesajda, İranın sərbəst güləş çempionlarının heyrətamiz səyləri və rəftarlarını yüksək qiymətləndiriblər.

İslam İnqilabının Ali Rəhbərinin mesajının mətni belədir:

Bismillahir-rəhmanir-rəhim

Heyrətamiz səyləri və təqdirəlayiq rəftarlarına görə, İranın sərbəst güləş komandasının dünya çempionlarına təşəkkür edirəm.

Güc və mənəviyyatın birləşməsi, yüksək dəyərlər yaradır. Afərin sizə!

Seyid Əli Xamenei

25 şəhrivər 1404

İran İslam Respublikasının sərbəst güləş komandası on iki ildən sonra sərbəst güləş üzrə dünya çempionu oldu və İranın bu yarışlar tarixindəki altıncı çempionluğunu qeydə aldırdı.