General-leytenant Musəvi:
Müdafiə bacarığının yüksəldilməsini dayandırmaq olmaz
İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Seyid Əbdürrəhim Musəvi, müdafiə və hücum qabiliyyətlərinin gücləndirilməsinin davam etməsinə təkid edib.
Bildirib ki, çəkindiriciliyin artırılması üçün xalq səfərbər qüvvələrinin gücündən maksimum istifadə və Sepah-ın quru qoşunlarının ixitsas imkanlarının yüksəldilməsi gündəlik şəkildə təqib olunmalıdır.
Sepah-ın quru qoşunlarının taktiki qərargahına baş çəkən general Musəvi, müdafiə hazırlıqlarının inkişaf etdirilməsini, ölkənin stabil təhlükəsizliyinin zamini adlandırıb. Qeyd edib ki, silahlı qüvvələrin sayıqlığı, düşmənləri yenidən hücum etmək xəyalından və hər hansı yanlış hesablamadan çəkindirdi.
General-leytenant Musəvi həmçinin onikigünlük icbari müharibə şəhidlərinin xatirələrini əziz tutub, komandirlərin və onların ailələrinin milli hakimiyyətin qorunmasındakı rollarını yüksək qiymətləndirib.