Xətibzadə:
Diplomatiya pəncərəsi hələ də açıqdır
İran xarici işlər nazirinin müavini bir Livan mediası ilə müsahibədə avropalıların nüvə anlaşmasına yanaşmalarını tənqid edib. Bildirib ki, diplomatiya pəncərəsi hələ də açıqdır.
İran xarici işlər nazirinin müavini Səid Xətibzadə dünən nüvə anlaşmasına üzv olan Avropa üçlüyünə xəbərdarlıq edib. Vurğulayıb ki, Avropa üçlüyü öz hərəkətlərilə gərginliyi şiddətləndirmək üçün bəhanə yaradır və bu üç ölkə ehtiyatla hərəkət etməlidir.
Livanın Əlməyadin telekanalına müsahibə verən Xətibzadə eyni zamanda qeyd edibdir ki: Diplomatiya pəncərəsi hələ də açıqdır və diplomatiya daha da təsirli olacaq.
Belə bir halda, BMT Təhlükəsizlik Şurası dünən axşam İrana qarşı sanksiyaların ləğvinin uzadılması barədəki qətnamənin əleyhinə səs verdi.
Beləliklə və diplomatik razılaşmanın əldə olunmayacağı təqdirdə, BMT-nin İran əleyhinə sanksiyaları sentyabrın 28-də geri dönəcək. İranlı rəsmilərin dediklərinə görə, bu sanksiyaların psixoloji cəhəti onun iqtisadi cəhətindən daha çoxdur.
İran xarici işlər nazirinin digər müavini Kazım Qəribabadi də dünən axşam/ «Yerdə qalan bir həftə ərzində diplomatiya və məşvərətlər davam edəcək?» sualının cavabında belə deyib: Anlaşma və diplomatiya heç vaxt bağlı deyil, hətta vəziyyət bu cür olanda belə. Müxtəlif tərəflərlə diplomatik anlaşmalar prosesi qarşıdakı günlərdə davam edəcək.
Xətibzadə Cenevrədə müxbirlər qarşısında demişdi ki: Avropalıların snapback barədəki əməlləri, siyasi məqsədə və istiqamətə malikdir. Onlar nüvə anlaşmasında nəzərdə tutulan mexanizmdən sui-istifadə etməyə cəhd etməklə, müxtəlif səviyyələrdə səhvə yol veriblər.
Əgər avropalılar bu yolda irəliləyərlərsə, vəziyyətin proqnozedilməzolma səviyyəsini mümkün olan ən yüksək həddə çatdıracaqlar. Onlar gələcəkdə ehtimal olunan hər hansı təhlükədə məsuliyyət daşıyacaqlar- deyə, İran xarici işlər nazirinin müavini vurğulayıb.
O, əlavə edib: Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin İranın nüvə təsisatlarına əlçatanlığı, yalnız hazırkı gərginliklərin həll edilməsindən sonra mümkün olacaq, zira, İranın nüvə təsisatlarına qarşı hücumlar gerçəklikləri dəyişdiribdir.