Sen 23, 2025 13:28 Asia/Baku
  • BMT Baş Assambleyasında İran xalqının haqlı mövqeləri qətiyyətlə bəyan olunacaq

İranın xarici işlər naziri Seyid Abbas İraqçi Nyu-Yorka çatdıqdan sonra bildirib: “Biz BMT Baş Assambleyasında 12 günlük müqəddəs müdafiədə İran xalqının haqlı mövqelərini güclü və möhkəm şəkildə bəyan etmək, həmçinin dinc məqsədli nüvə proqramımızı vurğulamaq üçün bu iclasda iştirak edirik".

İraqçi Nyu-York səfərinin əhəmiyyəti və bu səfər zamanı izləyəcəyi ən mühüm məsələlərlə bağlı əlavə edib: "İran hər il BMT Baş Assambleyasının illik iclaslarında iştirak edir və biz bu beynəlxalq tribunadan İslam Respublikasının mövqelərini ifadə etmək üçün istifadə etmişik. Bu ilki iclasın iki mühüm xüsusiyyəti var. Birincisi, BMT-nin yaranmasının 80-ci ildönümünə təsadüf edir, ikincisi, bu bizim sionist rejim və ABŞ-ın ölkəmizə hücumlarından sonra BMT Baş Assambleyasının iclasında iştirak etdiyimiz ilk ildir. Biz bu iclasda 12 günlük müqəddəs müdafiə ərzində İran xalqının haqlı mövqelərini güclü və möhkəm şəkildə bəyan etmək, həmçinin dinc məqsədli nüvə proqramımızı vurğulamaq üçün iştirak edirik".