Sen 27, 2025 17:36 Asia/Baku
  • Rusiya və Çinin “Snapback”in uzadılması ilə bağlı qətnaməsi qəbul olunmadı

BMT Təhlükəsizlik Şurasında "Tətik mexanizmi"nin işə salınmasının təxirə salınması ilə bağlı iclas keçirildi və Rusiya və Çinun urəli sürdüyü qətnamə layihəsi lazımi səs çoxluğunu əldə edə bilmədi.

IRIB-nin məlumatına görə, BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyaların avtomatik şəkildə bərpasının qarşısını almağa yönəlmiş, Rusiya və Çin tərəfindən təklif olunmuş qətnamə ilə bağlı iclası bir neçə saat əvvəl keçirilib.

2015-ci il nüvə razılaşması əsasında qəbul edilmiş 2231 saylı qətnamənin texniki olaraq, 6 ay müddətinə uzadılmasını nəzərdə tutan bu qətnamə, ABŞ və Avropa ölkələrinin maneəçiliyi səbəbindən 4 lehinə (Çin, Rusiya, Pakistan və Əlcəzair), 9 əleyhinə Fransa, İngiltərə, ABŞ, Syerra-Leone, Sloveniya, Danimarka, Panama, Somali və Yunanıstan) və 2 bitərəf səslə (Qayana və Cənubi Koreya) lazımi səs çoxluğunu əldə edə bilmədi və qəbul edilmədi.

Bu qətnamənin qəbul edilməməsi ilə 2231 saylı qətnamənin 11-ci bəndinə əsaslanan prosesin son mərhələsinə start verildi və 2015-ci ildəki nüvə razılaşmasından sonra ləğv edilmiş sanksiyalar avtomatik şəkildə yenidən qüvvəyə minmək üzrədir.

Halbuki İran İslam Respublikası bütün öhdəliklərinə sadiq qaldığını dəfələrlə bəyan etmiş, hazırki vəziyyətin əsas səbəbinin ABŞ-ın birtərəfli şəkildə nüvə razılaşmasından çıxması, eləcə də Avropa tərəflərinin öhdəliklərinə əməl etməməsi olduğunu bildirmişdir. 

Mütəxəssislər hesab edirlər ki, son yeddi ildə birtərəfli siyasət və qeyri-qanuni addımlarla "Əhatəli Müştərək Təşəbbüs Proqramı"nı zəiflədən Vaşinqton və Avropa paytaxtları  indi BMT Təhlükəsizlik Şurasının mexanizmlərindən sui-istifadə edərək, Tehrana qarşı siyasi və iqtisadi təzyiqləri artırmağa çalışırlar. Halbuki Beynəlxalq Atom Enerjisi Agentliyi dəfələrlə İranın nüvə fəaliyyətlərinin sülh məqsədli olduğunu təsdiqləyib və bu yaxınlarda İranla Agentlik arasında Qahirədə razılaşma əldə olunmuşdur.