Pezəşkian:
İslam ölkələrinin birliyi sionist rejimincinayətləri ilə mübarizənin təminatıdır
İran prezidenti İndoneziyanın Tehrandakı yeni səfiri Rolliansyah Soemiratın etimadnaməsini qəbul edərkən bildirib ki, İslam ölkələrinin “bir yumruq” halına gəlməsi onların hərtərəfli əlaqələrinin genişlənməsindən asılıdır və əgər İslam ümməti bir olsa, sionist rejim Fələstin xalqına qarşı cinayətlər törətməyə cəsarət etməz.
Məsud Pezəşkian, İslam ölkələri arasında elmi, mədəni, iqtisadi və siyasi sahələrdə əməkdaşlığın genişləndirilməsinin İran İslam Respublikasının xarici siyasətinin əsas istiqamətlərindən olduğunu vurğulayaraq, qeyd edib ki, İran İslam təlimlərinə əsaslanaraq, müsəlman xalqları öz qardaşları kimi görür və hesab edir ki, birliyin qorunması İslam ümmətinin düşmənlərinə qarşı dayanmağın yeganə yoludur.
Prezident Pezeşkian, həmçinin İndoneziya hökumətinin beynəlxalq forumlarda İran İslam Respublikasına qarşı dəstək mövqeyini yüksək qiymətləndirərək, İranın İndoneziya ilə ikitərəfli münasibətləri inkişaf etdirməyə tam hazır olduğunu bildirib və İndoneziya prezidentini İrana səfərə dəvət edib.