Okt 08, 2025 13:56 Asia/Baku
  • Xarici İşlər Nazirliyi: İran adaları ölkənin ayrılmaz hissəsidir

Fars körfəzi Əməkdaşlıq Şurası və Avropa İttifaqının son birgə bəyanatına cavab olaraq, İranın Xarici İşlər Nazirliyi Avropa ölkələrinin səfirlərini nazirliyə çağırıb. Məcid Təxte-Rəvançi görüşdə İranın üçlü ada üzərində daimi suverenliyini vurğulayaraq, Avropa İttifaqının Birləşmiş Ərəb Əmirliklərinin iddialarına dəstəyini qanunsuz və beynəlxalq prinsiplərə zidd adlandırıb.

İran İslam Respublikasının Xarici İşlər Nazirliyi, Avropa İttifaqının Fars körfəzi bölgəsinin işlərinə müdaxilə edən mövqeyinə və İran adaları ilə bağlı əsassız iddiaların təkrarlanmasına etiraz olaraq, Avropa İttifaqına üzv ölkələrin səfirlərini nazirliyə çağırıb və onlara ciddi etirazını bildirib.

Fars Körfəzi Əməkdaşlıq Şurası və Avropa İttifaqı xarici işlər nazirlərinin birgə bəyanatında, İranın Böyük Tumb, Kiçik Tumb və Əbu Musa adaları üzərindəki suverenliyinə qarşı əsassız iddiaların irəli sürülüb, həmçinin İranın müdafiə və nüvə məsələlərinə dair müdaxiləçi mövqelərin ifadə edilib. Bunun ardınca, Avropa İttifaqı ölkələrinin səfirləri və nümayəndəliklərinin rəhbərlərini İranın xarici işlər nazirinin siyasi müavini Məcid Təxte-Rəvançi tərəfindən İran Xarici İşlər Nazirliyinə çağırılıb və İranın sərt etirazı onlara rəsmi şəkildə çatdırılıb.

Məcid Təxt Rəvançi bu görüşdə İran İslam Respublikasının bu üçlü ada üzərindəki birmənalı və daimi suverenliyini vurğulayaraq, Avropa İttifaqının mövqeyini beynəlxalq hüququn prinsiplərinə zidd və dövlətlərin ərazi bütövlüyünə hörmət prinsipinin pozulması kimi qiymətləndirib.

O, əlavə edib: "Avropa İttifaqı, Fars körfəzi Əməkdaşlıq Şurasının bir üzvünün əsassız iddialarına siyasi dəstək verməklə, qərəzsiz mövqedən uzaqlaşaraq, qərəzli yanaşma sərgiləyir".

İran xarici işlər nazirin siyasi müavini, həmçinin İranın raket proqramı barədə irəli sürülən iddiaları ölkənin daxili işlərinə açıq-aşkar müdaxilə kimi qiymətləndirib və vurğulayıb ki, İranın müdafiə və raket qabiliyyəti xalqımızın özünümüdafiə haqqının ayrılmaz hissəsidir və regionun sabitliyi və təhlükəsizliyinin təminatçısıdır". 

O, söhbətlərinin başqa hissəsində nüvə sazişinə üzv olan üç Avropa ölkəsinin öhdəliklərini yerinə yetirməməsini və pis niyyətini kəskin tənqid edərək, bildirib: "Avropa İttifaqı, nüvə sazişinin birgə komissiyasının koordinatoru kimi, nəinki saziş üzrə öhdəliklərini yerinə yetirməyib, həm də mübahisələrin həlli mexanizmindən sui-istifadə etməklə diplomatik prosesi dalana salıb. Yaxşı olar ki, Avropa rəsmiləri İranın nüvə proqramı barədə köhnəlmiş və əsassız iddiaları təkrarlamaq əvəzinə, öz dağıdıcı fəaliyyətlərinə cavab versinlər".