İraqçı:
İran xalqına hücum edənlərlə anlaşmaya girməyəcəyik
İran xarici işlər naziri İran İslam Respublikasının Şərmülşeyx iclasında iştirak etməməsi barədə belə deyib: İran xalqına hücum, həmçinin bizi hədələmək və sanksiya etməkdə davam edən kəslərlə anlaşmaya girə bilmərik.
Seyid Abbas İraqçı bu gün səhər saatlarında «X» platformasında qeyd edibdir ki: İran Şərmülşeyx iclasında iştirak barədəki dəvətinə görə, prezident Əssisiyə minnətdardır. Diplomatik anlaşmalara olan təmayülə rəğmən, nə prezident Pezeşkiyan, nə də ki, mən, İran xalqına hücum, həmçinin bizi hədələmək və sanksiya etməkdə davam edən kəslərlə anlaşmaya girə bilmərik.
Bununla belə, İran/ İsrailin Qəzzədəki soyqırımına son qoyacaq və işğalçı qüvvələrin Qəzzə zolağından çıxarılmaları ilə nəticələnəcək istənilən təşəbbüsü alqışlayır- deyə, İraqçı bildirib.
İraqçı daha sonra vurğulayıb: Fələstinlilərin öz talelərini təyin etmək kimi əsas hüququ əldə etməyə haqları var. Bütün ölkələr bu qanuni tələbin himayə edilməsi istiqamətində hər zamandakından daha çox onlara kömək etməyə borcludurlar.