SEPAH sünni qəbilə başçılarının terror edilməsinə qəti cavab verəcək
İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın Qüds Qərargahı yaydığı bəyanatda İranın cənub-şərqində sünni qəbilə başçılarının İsrail rejiminə bağlı muzdlu qruplar tərəfindən şəhid edilməsini qınayıb.
SEPAH-ın bəyanatında deyilir: "Cənub-şərq bölgəsinin qeyrətli və imanlı xalqının birliyi, qardaşlığı və dinc birgə yaşayışı hər zaman dillərdə dolaşıb və bu torpağın düşmənləri kor və namərd hərəkətləri ilə bu milli birliyi pozmağa çalışırlar.
Sionist rejimə bağlı muzdlu qruplaşmalar son illərdə cinayətlər törətməklə və əhli-sünnə tayfa başçılarından olan Molla Kamal, Rza Azərkiş, Pərviz Kədxudayi, Şəms Askani və digərlərini şəhid etməklə bir daha öz çirkin və İslama zidd mahiyyətlərini ortaya qoydular.
Bu terror aktları qəti şəkildə pisləyir və bildiririk ki, belə cinayətlər İran xalqının möhkəm iradəsinə və Sistan-Bəluçistan bölgəsindəki şiə və sünni birliyinə heç bir xələl gətirə bilməyəcək. Bölgənin bəsirətli və vilayətə sadiq xalqı düşmənlərin İslam və əziz İran əleyhinə olan fitnələrinə qarşı ayıqlıq və birliklə dayanacaq.
Bəyanatın sonunda vurğulanır: "Bu cinayətləri törədənlər və əmr verənləri tezliklə öz rüsvayçı əməllərinin cəzasını alacaqlar və İran İslam Respublikasının qüdrətli təhlükəsizlik və hərbi qüvvələri bu vəhşi hərəkətlərə qətiyyətli cavab verəcəklər".