Okt 22, 2025 17:49 Asia/Baku
  • İran–İraq dəmir yolunun sürətli birləşdirilməsi regionun iqtisadi əlaqələrini möhkəmləndirəcək

İran İslam Respublikası prezidenti İraqın milli təhlükəsizlik müşaviri Qasim əl-Ərəci ilə görüşdə iki ölkə arasında dəmir yolu şəbəkəsinin birləşdirilməsi layihəsinin sürətlə həyata keçirilməsinin vacibliyini vurğulayıb və bildirib ki, bu layihə iqtisadi və mədəni əməkdaşlığın genişlənməsi ilə yanaşı, regional əlaqələrin də gücləndirəcək.

Prezidenti Məsud Pezəşkiyan oktyabrın 21-də Qasim əl-Ərəci və onu müşayiət edən nümayəndə heyəti ilə görüşündə bildirib ki, İran və İraq arasındakı münasibətlər nümunəvi səviyyədədir və İki ölkə arasında dəmir yolu şəbəkəsinin tamamlanmasının sürətləndirilməsi ticarət əlaqələrini gücləndirməklə yanaşı, region ölkələrinin bir-birinə inteqrasiyasını da asanlaşdıracaq.

O, İslam dünyasında birliyin əhəmiyyətinə toxunaraq, əlavə edib: "Müsəlman ölkələri arasında həmrəylik qorunduğu zaman ABŞ və sionist rejimin region xalqlarına qarşı fitnələri nəticəsiz qalacaq"

Pezəşkiyan birgə azad zonaların yaradılması və tacirlərin gediş-gəlişinin asanlaşdırılmasını təhlükəsizlik və inkişafı artıran amillər kimi qiymətləndirib və İranın İraqın bütün qövmləri və məzhəblərinə qarşı birləşdirici baxışını vurğulayıb.

Görüşdə Qasim əl-Ərəci də İran və İraqın təhlükəsizliyini "bir-birindən ayrılmaz" adlandıraraq, deyib: "İraq hökuməti iki ölkə arasında imzalanmış təhlükəsizlik sazişinə sadiqdir və dəmir yolu layihəsini strateji addım kimi dəstəkləyir". 

İraqın Kürdüstan bölgəsinin daxili işlər naziri Ribər Əhməd isə görüşün sonunda bu bölgənin İranın sabitlik və təhlükəsizliyini dəstəklədiyini bildirib və prezident Pezəşkiyanın Ərbilə səfərinin “siyasi və ictimai baxımdan müsbət təsirləri” olduğunu qeyd edib.