Okt 25, 2025 13:48 Asia/Baku
  • Sionist rejimin cəzasızlığına son qoyulmalıdır

İran Xarici İşlər Nazirliyinin sözçüsü, Haaqadakı Beynəlxalq Ədalət Məhkəməsinin Qəzzədə sionist rejimin cinayətləri ilə bağlı son tövsiyə xarakterli rəyinə işarə edərək bildirib: "Bu rejimin himayədarları tərəfindən ona verilən cəzasızlığa son qoyulmalıdır".

İsmayıl Bəqayi X sosial şəbəkəsində paylaşdığı mesajda Beynəlxalq Ədalət Məhkəməsinin sionist rejimin UNRWA-nın fəaliyyətinə mane olması və Qəzzə xalqına aclıq və qıtlıq tətbiq etməsini rədd edən məsləhət rəyinə işarə edərək, yazıb: "Beynəlxalq Ədalət Məhkəməsinin 22 oktyabr tarixli Fələstinlə bağlı son rəyi bir daha bu danılmaz həqiqəti vurğulayır ki, İsrail rejimi beynəlxalq humanitar hüququn bütün normalarını ən çox pozan rejimdir.

Məhkəmə bu rəyində bir daha vurğulayır ki, İsrail rejimi işğalı altında olan fələstinlilərin əsas ehtiyaclarını, o cümlədən onların həyatlarını davam etdirə bilməsi üçün zəruri olan məhsulları təmin etməyə borcludur və bu məhsulların çatdırılmasına mane olmamalıdır", - deyə o, əlavə edib.

Məhkəmə xatırladır ki, beynəlxalq hüquqa əsasən, aclıqdan müharibə üsulu kimi istifadə etmək qadağandır.