Ryabkov:
Rusiya İranın yanında çiyin-çiyinə dayanır
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov, beynəlxalq təzyiqlər qarşısında Moskvanın Tehrana tam dəstəyini vurğulayaraq, bildirib: "Rusiya iqtisadi, maliyyə, nəqliyyat və nüvə sahələri də daxil olmaqla bütün sahələrdə İranın yanındadır və bəzi ölkələrin İranın nüvə proqramına qarşı zorakılıq siyasətini qətiyyətlə pisləyir.
Moskvada BRICS-ə üzvü olan ölkələrin şəhər parlamentləri arasında əməkdaşlıq sazişinin imzalanması mərasimi çərçivəsində Ryabkov İran və Rusiya arasında dərin və çoxşaxəli münasibətlərə toxunaraq, vurğulayıb ki, iki ölkə arasında heç bir etimadsızlıq yoxdur və mövcud çətin şəraitdə əməkdaşlığın daha da yaxın olması zəruridir.
O, ABŞ və Avropa İttifaqının İrana qarşı davranışlarını qinayaraq, bu hərəkətləri beynəlxalq təhlükəsizlik və insan rifahına zidd hesab edib və qeyd edib ki, Moskva Tehranın müxtəlif sahələrdə göstərdiyi dəstəyi yüksək qiymətləndirir.
Bu açıqlamalar, Moskvada Tehran Şəhər Şurasının sədri Məhdi Çəmranın iştirakı ilə BRICS paytaxtları və metropolları arasında əməkdaşlıq sazişinin imzalanması ilə eyni vaxtda səsləndirilib.