Noy 25, 2025 16:41 Asia/Baku
  • İran-Pakistan əməkdaşlıqları region sülhünə kömək edəcək

İran Milli Təhlükəsizlik Ali Şurasının katibi Pakistanın regiondakı mühüm yerinə təkid edib. Bildirib ki: Müxtəlif sahələrdəki Tehran-İslamabad əməkdaşlıqları regionda asayişə və sülhə kömək edəcək.

Əli Laricani bu gün səhər saatlarında Pakistanın paytaxtı İslamabada daxil olarkən müxbirlər qarşısına çıxıb.

Pakistan bölgədə mühüm bir ölkədir və təsiredicilik baxımından, regionun təhlükəsizlik şəraitində yüksək yerə malikdir- deyə, Laricani/ jurnalistlərlə müsahibəsində qeyd edib.

İran Milli Təhlükəsizlik Ali Şurasının katibi əlavə edib: İranın şərq qonşusu mədəniyyət nöqteyi-nəzərindən də rola malikdir.

İki ölkə əlaqələri keçmiş zamanlardan bəri dərin və tarixi əlaqələr olubdur- Əli Laricani qeyd edib.

İkigünlük səfəri zamanı/ İran Milli Təhlükəsizlik Ali Şurası katibinin Pakistanın yüksək vəzifə və rütbəli siyasi və hərbi rəsmilərilə görüşləri planlaşdırılıb.