Hindistan və Rusiya İranın nüvə məsələsinin dialoq yolu ilə həllinə təkid ediblər
https://azeri.sahartv.ir/news/İran-i422472-hindistan_və_rusiya_İranın_nüvə_məsələsinin_dialoq_yolu_ilə_həllinə_təkid_ediblər
Hindistan və Rusiya birgə bəyanatda, İranın nüvə proqramı ilə bağlı məsələlərin dialoq yolu ilə həllinə təkid ediblər
(last modified 2025-12-06T06:20:33+00:00 )
Dek 05, 2025 10:18 Asia/Baku
  • Hindistan və Rusiya İranın nüvə məsələsinin dialoq yolu ilə həllinə təkid ediblər

Hindistan və Rusiya birgə bəyanatda, İranın nüvə proqramı ilə bağlı məsələlərin dialoq yolu ilə həllinə təkid ediblər

Bu gün Rusiya prezidenti Vladimir Putin ilə Hindistan baş naziri Narendra Modi arasında Yeni-Dehlidə keçirilən görüşdən sonra yayılan bəyanatda deyilir ki, iki tərəf İranın nüvə proqramı məsələsinin danışıqlar yolu ilə həllinin önəminə təkid edir.

Kreml tərəfindən yayılan birgə bəyanatda, müxtəlif sahələr, o sıradan, nəqliyyat, energetika, ticarət və iqtisadiyyat üzrə həmkarlıqlar, eləcə də dincməqsədli nüvə əməkdaşlığı nəzərdən keçirilib.

Putin bu gün Modi ilə məşvərət etdikdən sonra onunla birgə keçirdiyi mətbuat konfransında vurğulayıb ki: Müstəqil xarici siyasət yürüdən Rusiya və Hindistan,/ BRİKS-də və Şanxay Əməkdaşlıq Təşkilatında/ daha ədalətli, demokratik və çoxqütblü beynəlxalq bir sistemdə əməkdaşlıq edirlər