Dek 22, 2025 17:32 Asia/Baku
  • İran raket proqramını inkişaf etdirir; Müdafiə gücü danışıqlar üçün deyil, çəkindirmə üçündür

İran Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb ki, ölkənin raket proqramı yalnız milli təhlükəsizliyi qorumaq üçün inkişaf etdirilib və bu barədə heç bir danışıqlar aparılmır. Halbuki sionist rejimin media təbliğatı İranı sərhədlərindən kənarda təhlükə kimi göstərməyə çalışır.

İsmayıl Bəqayi daxili və xarici jurnalistlərlə keçirdiyi həftəlik mətbuat konfransında bölgədəki son hadisələrə toxunub və sionist rejimin Fələstin və İordan çayının qərb sahilində törətdiyi cinayətləri pisləyib.

O, həmçinin ABŞ-ın Qətərdəki İran vəsaitləri ilə bağlı öhdəliklərini pozmasına dair xəbərdarlıq edib və İranla Rusiya arasındakı münasibətlərin qarşılıqlı hörmət və maraqlara əsaslandığını vurğulayıb.

Bəqayi "Lavon" işini İsrailin saxta bayraq əməliyyatlarının bir nümunəsi kimi təqdim edib və bildirib ki, belə hərəkətlərlə mübarizə şəffaf məlumatlandırma və bu rejimin qeyri-insani davranışlarının ifşa olunmasını tələb edir.