Hava hücumundan müdafiə sahəsində uğur hekayəsi davam edir:
MQ-1 tipli PUA Hörmüz boğazı səmasında SEPAH tərəfindən vurulub
Son bir neçə gün ərzində dördüncü MQ-1 tipli PUA SEPAH-ın Aerokosmik Qüvvələrinə məxsus yeni və inkişaf etmiş müdafiə sistemi tərəfindən məhv edilib.
Son günlərdə sayca dördüncü MQ-1 PUA-sı ölkənin vahid hava hücumundan müdafiə şəbəkəsinin nəzarəti altında olan İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin yeni və qabaqcıl hava hücumundan müdafiə sistemi tərəfindən Hörmüz boğazının şərq səmasında aşkarlanaraq, məhv edilib.Qeyd edək ki, Üçüncü Məcburi Müharibə ərzində ölkənin hava hücumundan müdafiə qüvvələri tərəfindən yüzlərlə təcavüzkar PUA vurulub. Onların arasında «Lukas», «Hermes», «MQ-1» və «MQ-9» tipli PUA-lar da olub.Eyni zamanda, İran İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın İctimaiyyətlə Əlaqələr İdarəsi bu yaxınlarda strateji əhəmiyyətli Hörmüz boğazının girişində ABŞ ordusuna məxsus pilotsuz dəniz aparatının məhv edildiyini açıqlayıb.
Sentyabrın 10-u, cümə axşamı günü axşam saatlarında həyata keçirilən bu əməliyyat SEPAH tərəfindən ölkənin ərazi bütövlüyünün və həyati maraqlarının müdafiəsi istiqamətində dəqiq, düşünülmüş və vaxtında atılmış bir addım kimi qiymətləndirilir.