Rezayi:
İranın şərtləri yerinə yetirilmədən heç bir danışıq aparılmayacaq
Sen 15, 2026 15:55 Asia/Baku
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi vurğulayıb ki, İranın şərtləri yerinə yetirilmədiyi müddətdə heç bir danışıq aparılmayacaq.
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi bildirib: "ABŞ prezidentinin "danışıqlar aparmayacağıq" deməsindən tutmuş “danışıqlara hazırıq” ifadəsinə qədər ziddiyyətli siqnalları sizin diqqətinizi yayındırmasın. Neft və boğazlarla bağlı vəziyyət dəyişib. Nəticələri nəzarətdə saxlamaq cəhdləri gələcəkdəki hadisələrin qarşısını ala bilməyəcək."Rezayi əlavə edib:
"İranın şərtləri yerinə yetirilməyənə qədər heç bir danışıq aparılmayacaq. Nöqtə."