SEPAH ABŞ-yə məxsus 52-ci MQ-9 pilotsuz uçuş aparatını vurub
İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın İctimaiyyətlə Əlaqələr İdarəsi terrorçu Qeşm adası üzərində ABŞ ordusuna məxsus 52-ci MQ-9 tipli pilotsuz uçuş aparatını vurduğunu elan edib.
SEPAH-ın İctimaiyyətlə Əlaqələr İdarəsinin bəyanatında deyilir: “Bu gün səhər saatlarında Qeşm adası üzərində terrorçu ABŞ ordusuna məxsus 52-ci MQ-9 PUA-sı aşkarlanaraq, məhv edilib.Qeyd edək ki, Üçüncü Məcburi Müharibə ərzində ölkənin hava hücumundan müdafiə qüvvələri tərəfindən yüzlərlə təcavüzkar PUA vurulub. Onların arasında «Lukas», «Hermes», «MQ-1» və «MQ-9» tipli PUA-lar da olub.Həmçinin, İran İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın İctimaiyyətlə Əlaqələr İdarəsi bir neçə gün əvvəl strateji əhəmiyyətli Hörmüz boğazının girişində ABŞ ordusuna məxsus pilotsuz dəniz aparatının məhv edildiyini açıqlayıb.