Qalibaf:
Pezeşkianın çıxışı İranın şücaət və müqavimətinin güclü səsi idi
Sen 25, 2026 16:51 Asia/Baku
İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf yazıb ki, prezident Məsud Pezeşkian sadəcə bir hökumətin səsi kimi deyil, həm də üç min illik bir sivilizasiya adından çıxış etdi.
Qalibaf "X" platformasındakı paylaşımında Prezident Məsud Pezeşkianın BMT Baş Assambleyasındakı çıxışını şərh edərək, bunları yazıb: "Prezident Pezeşkian sadəcə bir hökumətin səsi kimi deyil, üç min illik bir sivilizasiya adından çıxış etdi. O, İran İslam Respublikasının şücaət, müqavimət və əzminin güclü səsi oldu. Yaşasın başıuca və dözümlü İran xalqı."