Müharibə və “iqtisadi terrorizm” şəraitində qlobal inkişaf mümkün deyil
https://azeri.sahartv.ir/news/İran-i423272-müharibə_və_iqtisadi_terrorizm_şəraitində_qlobal_inkişaf_mümkün_deyil
İran xarici işlər naziri bəyan edib ki, ABŞ-nin İrana qarşı tətbiq etdiyi birtərəfli sanksiyalar və məcburi tədbirlər "iqtisadi terrorizm"in bariz nümunəsidir.
(last modified 2026-09-26T12:37:37+00:00 )
Sen 26, 2026 16:34 Asia/Baku
  •  Müharibə və “iqtisadi terrorizm” şəraitində qlobal inkişaf mümkün deyil

İran xarici işlər naziri bəyan edib ki, ABŞ-nin İrana qarşı tətbiq etdiyi birtərəfli sanksiyalar və məcburi tədbirlər "iqtisadi terrorizm"in bariz nümunəsidir.

İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi "Qlobal İnkişaf Təşəbbüsü" üzrə keçirilən yüksək səviyyəli iclasa çıxışı zamanı beynəlxalq əməkdaşlıqda inkişaf məsələsinə diqqətin artırılmasının vacibliyini vurğulayıb. O, ABŞ-nin İrana qarşı məcburi siyasətlərini və hərbi təcavüzlərini ölkələrin tərəqqisi və rifahı qarşısında duran ən böyük maneələrdən biri kimi qiymətləndirib. Əraqçi bildirib: "ABŞ-nin İrana qarşı birtərəfli sanksiyaları və məcburi tədbirləri iqtisadi terrorizmin bariz nümunəsidir; Bu tədbirlər ticarət və maliyyə resurslarını məhdudlaşdırmaqla birbaşa vətəndaşların dolanışığını və sağlamlığını hədəf alır". Müharibə və təcavüz şəraitində davamlı inkişafın mümkün olmadığını qeyd edən Əraqçi vurğulayıb ki, ABŞ və sionist rejimin İranın mülki infrastrukturuna – o cümlədən məktəblərə və elmi mərkəzlərə –hərbi hücumları beynəlxalq hüququn və BMT Nizamnaməsinin kobud şəkildə pozulmasıdır.