Bəqayi:
“Fairford” və “Flydubai” ssenarisi İrana iftira atmaq üçün hazırlanıb
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi İrana qarşı son ittihamları tənqid edərək “Fairford” aviabazası və Flydubai reysi ilə bağlı hadisəni İranı günahlandırmaq məqsədilə hazırlanmış naşıcasına ssenari adlandırıb və qeyd etdi ki, hətta bağçaya gedən uşaqlar belə bu məsələni anlayıblar
İsmayıl Bəqayi keçirdiyi mətbuat konfransında son bir həftə ərzində mərhələli şəkildə irəli sürülən iddialara toxunaraq, deyib: “Beynəlxalq ictimaiyyətin diqqətini bu məsələyə cəlb etmək lazımdır ki, sionist rejimin və bəzi Avropa ölkələrinin “saxta bayraq əməliyyatları” adlanan metodlarda uzun tarixçəsi var və İngiltərənin İrana qarşı ittihamları da məhz bu çərçivədədir.O bildirib ki, İran doğruluğunu yoxlamaq mümkün olmayan iddialara əsasən elə bir əməliyyatın planlaşdırılmasında iştirak etməkdə ittiham olunur ki, əməliyyatın özü belə şübhə altındadır. Bəqayi sözlərinə belə davam edib: “Sionist rejim və onun Avropa və ABŞ-dəki müdafiəçiləri Fələstin və Qəzzədəki vəziyyəti, həmçinin İrana qarşı hərbi təcavüzü yenidən gündəmdən çıxarmağa və İranın region və ya beynəlxalq ictimaiyyət üçün yeni təhlükə yaratdığı təsəvvürünü formalaşdırmağa çalışırlar.İranın Xarici İşlər Nazirliyinin sözçüsü bu yanaşmanı “köhnəlmiş və təkrar olunan bir hiylə” adlandırıb və vurğulayıb ki, İranın doğruluğunu sübut etmək mümkün olmayan iddialar əsasında ittiham edilməsi bu cür ittihamlar üçün etibarlı əsas ola bilməz.