Qaydaları pozan tanker Hörmüz boğazının cənubunda minaya düşüb
https://azeri.sahartv.ir/news/İran-i423626-qaydaları_pozan_tanker_hörmüz_boğazının_cənubunda_minaya_düşüb
Qaydaları pozan bir tanker Hörmüz boğazının cənub hissəsində dəniz minasına çırpılıb və nəticədə mühərrik bölməsində partlayış və yanğın baş verib və yanğın yaranıb.
(last modified 2026-10-19T13:29:33+00:00 )
Okt 19, 2026 17:27 Asia/Baku
  • Qaydaları pozan tanker Hörmüz boğazının cənubunda minaya düşüb

Qaydaları pozan bir tanker Hörmüz boğazının cənub hissəsində dəniz minasına çırpılıb və nəticədə mühərrik bölməsində partlayış və yanğın baş verib və yanğın yaranıb.

İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın Hərbi Dəniz Qüvvələri bir bəyanat yayaraq, bildirib: "Hörmüz boğazından çıxmağa cəhd edən bu tanker, hərəkətə başladığı andan etibarən bütün mövqe təyinetmə və naviqasiya sistemlərini söndürüb və Hörmüz boğazı ilə bağlı qaydalara məhəl qoymayaraq, boğazın cənubundakı qeyri-qanuni marşrutla keçməyə çalışarkən bu hadisə ilə üzləşib".SEPAH-ln Hərbi Dəniz Qüvvələri qeyd edib ki, Hörmüz boğazı və Fars körfəzi ərazisində hərəkət edən gəmilər naviqasiya və identifikasiya sistemlərini söndürəcəkləri təqdirdə onlara qarşı sərt və qətiyyətli tədbirlər görüləcək.