İran və Azərbaycan arasındakı qardaşlıq əlaqələri hicab məsələsi ilə bağlı dialoqa zəmin yaradır
https://azeri.sahartv.ir/news/İran-i423646-İran_və_azərbaycan_arasındakı_qardaşlıq_əlaqələri_hicab_məsələsi_ilə_bağlı_dialoqa_zəmin_yaradır
İran Xarici İşlər Nazirliyinin sözçüsü, Azərbaycan Respublikasında baş örtüyü ilə bağlı məhdudiyyətlər və Tehranın bu məsələ ilə əlaqədar niyə rəsmi bəyanat verməməsi barədə sualı cavablandırıb.
(last modified 2026-10-20T13:15:36+00:00 )
Okt 20, 2026 17:14 Asia/Baku
  •  İran və Azərbaycan arasındakı qardaşlıq əlaqələri hicab məsələsi ilə bağlı dialoqa zəmin yaradır

İran Xarici İşlər Nazirliyinin sözçüsü, Azərbaycan Respublikasında baş örtüyü ilə bağlı məhdudiyyətlər və Tehranın bu məsələ ilə əlaqədar niyə rəsmi bəyanat verməməsi barədə sualı cavablandırıb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi İran və Azərbaycan Respublikası arasındakı qədim bağları vurğulayaraq, bu ölkədəki mövcud məsələlər və narahatlıqların qarşılıqlı anlaşma mühitində, dini dəyərlərə hörmət və vətəndaşların əsas hüquqlarına riayət əsasında həll olunacağına ümid etdiyini bildirib.Baqayi Azərbaycanda hicabla bağlı məhdudiyyətlərə toxunaraq, deyib: “Azərbaycanın müsəlman xalqı şüurlu və yetkin bir millətdir. Onlar öz dini inanclarının və dəyərlərinin, xüsusilə də İslam cəmiyyətlərinin ortaq dəyərlərindən olan hicabın qorunması ilə bağlı öz narahatlıqlarını, ölkələrinin maraqlarını da nəzərə almaqla, hakimiyyət orqanlarına necə çatdırmağı ən yaxşı şəkildə bilirlər".İran Xarici İşlər Nazirliyinin sözçüsü Tehran və Bakı arasındakı yaxşı münasibətlərə işarə edərək, bildirib ki, iki ölkə xalqları arasındakı qardaşlıq və dostluq əlaqələri hicabla bağlı məsələlərin həlli üçün anlaşma və dialoqa zəmin yarada bilər.