4 Tanker məhv edildi;
iki qayda pozan gəmi dayandırıldı və 56-cı MQ-9 PUA-sı vuruldu
İran İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH Hörmüz boğazında qaydaları pozan iki gəmini dayandırıb və ABŞ-yə məxsus MQ-9 tipli pilotsuz uçuş aparatını vurub.
SEPAH-ın İctimaiyyətlə Əlaqələr İdarəsi tərəfindən yayılan bəyanatda qeyd olunub: "İslam İranının qəhrəman və ayağa qalxmış xalqı; Hörmüz boğazının cənubundakı qadağan olunmuş marşrutdan keçməyə cəhd edən dörd tanker dəniz minaları ilə toqquşub və məhv olub; hazırda onlar yanmaqdadır. Qaydaları pozan daha iki gəmi və ya üzən vasitə isə dayandırılıb. Bundan əlavə, bu səhər saat 04:30-da həyata keçirilən mürəkkəb əməliyyat zamanı SEPAH-ın Aerokosmik Qüvvələrinin hava hücumundan müdafiə bölmələri yeni nəsil müdafiə sistemindən istifadə edərək, Hörmüz boğazı üzərində MQ-9 pilotsuz uçuş aparatını vurub yerə salıblar". İslam döyüşçüləri barmaqları tətikdə, uşaq qatili olan sionist rejimə və təcavüzkar Amerikaya son zərbəni endirməyə hazırdırlar. Bu ilin 13 Aban tarixində, dünya, "imperialist güclər"in, İslam İnqilabı qarşısında uğradıqları məğlubiyyətə bərabər, növbəti böyük məğlubiyyətlərinə şahidlik edəcək.