May 11, 2021 12:42 Asia/Baku
  • Rusiyanın XİN başçısı ermənilərin ritorikasından narahatdır

Rusiya xarici işlər naziri prezident İlham Əliyevin qəbulunda olarkən Ermənistandakı revanşist açıqlamalara münasibət bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Sergey Lavrov deyib ki, bu cür qeyri-konstruktiv, xoşagəlməz xarakter daşıyan ritorika işə kömək etmir. Moskva öz töhfəsini verməyə çalışacaq ki, iki ölkənin prezidentləri və Ermənistanın baş naziri arasında əldə edilmiş razılaşmalar konstruktiv nəticələrə imkan verən şəraitdə yerinə yetirilsin.

Rusiyalı nazir sonra Ermənistanın cənubunda yaradılmalı olan nəqliyyat dəhlizindən söz açıb.

“Biz şübhə etmirik ki, bütün Cənubi Qafqaz dövlətlərinin və onların qonşularının maraqlarının balansına nail olmaq zərurəti nəzərə alınsa, - bu çox ciddi nəqliyyat habıdır, onun əhəmiyyəti regional çərçivələri aşır” – deyə Lavrov söyləyib.

 

Teqlər