“Əliyev bu açıqlaması ilə cəmiyyətə meydan oxuyur”
https://azeri.sahartv.ir/news/azərbaycan-i410679-Əliyev_bu_açıqlaması_ilə_cəmiyyətə_meydan_oxuyur
Azərbaycan Respublikası prezidentinin quru sərhədlərinin bağlı qalmasının təhlükəsizliklə əlaqədə olduğunu bildirməsindən sonra bu açıqlamaya qarşı tənqidi fikirlər səsləndirilir.
(last modified 2024-04-25T11:03:55+00:00 )
Apr 25, 2024 15:02 Asia/Baku
  • “Əliyev bu açıqlaması ilə cəmiyyətə meydan oxuyur”

Azərbaycan Respublikası prezidentinin quru sərhədlərinin bağlı qalmasının təhlükəsizliklə əlaqədə olduğunu bildirməsindən sonra bu açıqlamaya qarşı tənqidi fikirlər səsləndirilir.

Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Seymur Həzi AzadlıqRadiosuna deyib ki, Əliyev bu açıqlaması ilə cəmiyyətə meydan oxuyur.

AXCP funksioneri xatırladır ki, İndi dünyada yalnız Azərbaycan quru sərhədlərini bağlı saxlayıb. Bu, onu göstərir ki, cəmiyyətin tamamilə qapanması siyasəti aparılır. Mövcud sosial eksperimentdə isə əsas məqsəd cəmiyyəti daha ciddi qadağalara öyrəşdirməkdir",- Seymur Həzi deyib.

Onun fikrincə indiki vəziyyətdə "Azərbaycan hökuməti sərhədlərə nəzarət edə bilmirmi" sualı diqqət çəkməkdədir:

 "O, hansı təhlükədir ki, sərhəd qoşunlarından, gömrükdən keçib gəlib bizə problem yaradacaq? Quru sərhədlərin açılması o demək deyil ki, kim necə istəyir gedib-gəlir. Bu, dövlət nəzarətində baş verən proses olduğundan ölkə başçısının dedikləri əsaslı deyil",-Seymur Həzi bildirib.