Sen 10, 2021 18:38 Asia/Baku
  • Xəbər portalının rəhbəri saxlanılıb

“azadinfo.az” MMC-nin təsisçisi Ələkbərov Mahir Məmmədhəsən oğlu həbs edilib.

SəhərAzəri-nin Baş Prokurorluğun Mətbuat Xidmətinə istinadən verdiyi məlumata görə,Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən  əməliyyat-axtarış tədbirləri nəticəsində  “azadinfo.az” saytının təsisçisi Mahir Ələkbərov saxlanılıb.

Saxlanılma səbəbi barədə deyilənlərə görə, Mahir Ələkbərov 8 sentyabr 2021-ci il tarixdə «azadinfo.az» xəbər paylaşım platformasında YAP-ın Binəqədi rayon təşkilatının sədri vəzifəsini icra edən Ramiz Göyüşovun barəsində qeyri-etik videogörüntülərin xəbər saytlarında yayacağını bildirib və təhdidin qarşılığını ala bilmədiyi üçün rüsvayedici materialı video çarx formasında “azadinfo.az” xəbər portalında 8 sentyabr 2021-ci il tarixdə qəsdən yayıb, həmin məlumatların yayılmasının qarşısının alınması üçün sonuncunun özü ilə görüşməsinə nail olaraq, videogörüntülərin qeyd edilən səhifədən silinməsi məqsədilə 2 min manat məbləğində pulu alarkən cinayət başında yaxalanıb.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

 

 

Teqlər