Noy 23, 2021 10:59 Asia/Baku
  • Rus sülhməramlıları Qarabağda humanitar aksiyaları davam etdirir

Azərbaycan Respublikası ərazilərinin bir hissəsində yerləşdirilmiş Rusiya sülhməramlıları Xankəndidə humanitar aksiya keçiriblər.

SəhərAzəri-nin Rusiya Müdafiə Nazirliyinə istinadla verdiyi məlumata görə, aksiya çərçivəsində ümumi çəkisi 1 tona yaxın olan 200 ədəd yorğan tibb mərkəzinin yoluxucu xəstəliklər şöbəsinə təhvil verilib.

Humanitar yükun Rusiyadan Qarabağa Rusiya sülhməramlı kontingenti tərəfindən çatdırıldığı bildirilir. Yükün quru yoxsa hava vasitəsi ilə, bir başa Xankəndi yoxsa İrəvana daşındığı bəlli deyil.

Qeyd edilib ki, il ərzində 226 humanitar tədbir, o cümlədən qəsəbələrdə, məktəblərdə, uşaq bağçalarında və internat məktəblərində 80-dən çox böyük humanitar aksiya keçirilib.

Teqlər