Yan 14, 2022 13:29 Asia/Baku
  • 2 yaşlı uşağa qarşı zorakılıq ciddi narahatlığa səbəb olub

İsmayıllıda 1 saylı körpələr evində 2 yaşlı uşağın tərbiyəçi tərəfindən zorakılığa məruz qalması ilə bağlı sosial şəbəkələrdə video görüntülərin yayılmasından sonra Ailə, Qadın və Uşaq Problemlərin üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin müdiri Taliyə İbrahimova məsələyə münasibət bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Məsələnin araşdırılmaqda olduğunu bildirən şöbə müdiri deyib: Hər şeydən əvvəl məktəbəqədər təhsil müəssisəsində təhsilverənin psixoloji vəziyyəti qiymətləndirilməlidir:

Uşağı zorakılığa məruz qoyan tərbiyəçinin vəzifəsindən azad edildiyini diqqətə çatdıran Taliyə İbrahimova Uşağın vəziyyəti barədə deyib:Uşağın yaşı çox azdır, o, artıq travma alıb. Uşaq məktəbəqədər təhsil pilləsində ilkin bacarıq və vərdişlərə yiyələnir. Amma bu zaman uşağın travma alması yolverilməzdir”.

Ombudsman Aparatı isə İsmayıllı şəhər 1 saylı körpələr evi-uşaq bağçasında uşaqlara qarşı baş verən zorakılıq halına münasibət bildirərkən son dövrlər ümumtəhsil məktəblərində və məktəbəqədər təhsil müəssisələrində baş verən zorakılıq hallarının Ombudsman Aparatını ciddi narahat etdiyini bildirib.

Uşaqlara qarşı zorakılığın bütün formalarını şiddətlə qınayır, müvafiq qurumları belə halların qarşısının alınması üçün səylərini birləşdirməyə və zəruri tədbirlər görməyə səsləyirik”,- məlumatda qeyd edilib.

Teqlər