May 25, 2023 19:28 Asia/Baku
  • Əhməd Obalını öz oğlu döyüb

"The New York Sun" qəzeti polis mənbələrinə istinadən Obalının öz oğlu tərəfindən döyüldüyünü yazıb. Lakin fəalın ailəsi bu versiyanı təkzib edir.

SəhərAzəri-nin məlumatına əsasən, İşə cavabdeh olan müstəntiqlər iddia edirlər ki, hadisənin siyasi motivi olması şərt deyil, ailədaxili mübahisənin nəticəsidir. San Xose Şəhər Polis İdarəsinin yaydığı press-relizdə deyilir ki, “zərərçəkmiş oğlunu şübhəli şəxs kimi tanıyıb”. Mətbuat relizində həmçinin iddia edilir ki, polis əməliyyatçıları və patrul əməkdaşları “şübhəli Denise Obalinin tutulması üçün order alıblar”. Bu orderə əsasən, polis “şübhəlini Kempbelldəki evində tapdı və müqavimət göstərmədən onu nəzarətə götürdü. Şübhəli adam öldürməyə cəhd ittihamı ilə Santa Clara County General həbsxanasında həbs edildi".

Teqlər