Azərbaycan xarici işlər nazirinin MQ-dən tələbi
https://azeri.sahartv.ir/news/azərbaycan-i194484-azərbaycan_xarici_işlər_nazirinin_mq_dən_tələbi
Azərbaycan xarici işlər naziri deyib ki, Minsk Qrupu ölkələrinin başçıları Ermənistanı Azərbaycanın işğal olunmuş ərazilərini boşaltmağa məcbur etməlidirlər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 03, 2015 05:39 Asia/Baku
  • Elmar Məmmədyarov: MQ Ermənistanı işğalçılığa son qoymağa məcbur etməlidir
    Elmar Məmmədyarov: MQ Ermənistanı işğalçılığa son qoymağa məcbur etməlidir

Azərbaycan xarici işlər naziri deyib ki, Minsk Qrupu ölkələrinin başçıları Ermənistanı Azərbaycanın işğal olunmuş ərazilərini boşaltmağa məcbur etməlidirlər.

Elmar Məmmədyarov müxbirlərlə müsahibdə deyib: Ermənistan bütün beynəlxalq qayda-qanunları pozaraq, Azərbaycanın işğal olunmuş ərazilərində manevr keçirməkdə davam edir.
O, bildirib ki, İrəvan öz işğalçılıq və təcavüzünün davamında Suriya və Livandakı erməni mənşəliləri Azərbaycanın işğal olunmuş ərazilərində məskunlaşdırmağa çalışır.
O, qeyd edib ki, Ermənistan bu yolla əslində Qarabağ münaqişəsinin dinc həllində pozuculuq edir.
Elmar Məmmədyarov sonra söyləyib: Belə görünür ki, Minsk Qrupu ölkələrinin başçıları da işğal olunmuş ərazilərdə hazırkı "nə sülh, nə müharibə" vəziyyəti ilə razı deyillər.
Azərbaycan xarici işlər naziri deyib: Zərurət tələb edir ki, vasitəçi ölkələr BMT TŞ qətnamələrinin maddələrinə əsasən, Ermənistan dövlətini Azərbaycanın tarixi ərazilərini tərk etmək üçün addım atmalıdırlar.
O, sonda söyləyib: Təəssüflər olsun ki, BMT TŞ tərəfindən Ermənistan qüvvələrinin Azərbaycan ərazilərindən qeyd-şərtsiz olaraq çıxmalarına dair dörd qətnmamənin heç biri indiyədək icra edilməyib. O, deyib ki, Bakının Qarabağ sülh paktını hazırlmağa hazır olduğunu bildirməsinə rəğmən, İrəvan müxtəlif bəhanələrlə bu təklifi qəbul etməkdən boyun qaçırıbdır ki, əslində Ermənistanın işğal olunmuş ərazilərdə "nə sülh, nə müharibə" vəziyyətinin davam etməsini istədiyini göstərir.