Bakı: Amerika və Avropa beynəlxalq hüquqlara laqeyddirlər
İyun 03, 2015 06:17 Asia/Baku
-
Novruz Məmmədov: Amerika və Avropa beynəlxalq hüquqlara laqeyddirlər
Azərbaycan Respublikası Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Amerika və Avropa dövlətlərini beynəlxalq hüquqlara laqeyd ölkələr adlandırıb.
APA-nın məlumatına görə, Novruz Məmmədov öz Tuitter(ingiliscə: Twitter) səhifəsində Amerika və Avropa dövlətlərini qondarma Qarabağ Respublikasının separatçı rəhbəri Bako Saakyana bu ölkələrə səfər vizası verdiklərinə görə, tənqid edərək, yazıb: Beynəlxalq hüquqlar sırf olaraq, iddiada mövcuddur. Maraqlıdır ki, Amerika və Avropanın Ukrayna və Gürcüstanın separatçı məntəqələri olan Krım, Abxaziya, Osetiya və Dnester-in rəhbərləri üçün viza vermələri qadağandır, amma asanlıqla qondarma Qarabağ Respublikasının separatçı rəhbəri Bako Saakyana viza verilir. Bu təzaddı necə başa düşmək olar?Novruz Məmmədov əlavə edib: Son 20 ildə beynəlxalq səhnədə baş verən hadisələrdə beynəlxalq hüquqların icrasını nadir hallarda müşahidə etmək olar və beynəlxalq səhnədə müşahidə olunan ağır durum da məhz bu vəziyyətin nəticəsidir.
Teqlər