Yunanıstan Azərbaycan mətbuatına etiraz edib
İyun 06, 2015 19:04 Asia/Baku
-
Yunanıstan Azərbaycan mətbuatına etiraz edib
Yunanıstanın Bakıdakı səfirliyi ötən gecə sərt bəyanat yayaraq Azərbaycan Respublikası mətbuatının iftiralarına etiraz edib.
Səhər Beynəlxalq Televiziyasının APA İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Bakı qarşısında hücum mövqeləri seçməkdə Afinanı suçlayan Azərbaycan Respublikası medialarında məqalələrin yayılmasına sərt etirazını bildirib və bu iddiaları rədd edib.Bu bəyanatda bildirilir: Yunanıstanın Azərbaycan Respublikası barədə heç vaxt qərəzli niyyəti olmayıb. Elə buna görə bu ölkə mətbuatında dərc olunan məqaələlərin əsası yoxdur və Yunanıstan belə məlumatları təkzib edir.
Qeyd edək ki, Azərbaycan Respublikası mətbuatı Azərbaycan Respublikasının etibarını azaltmaq üçün Yunanıstanın hücum siyasəti barədə məqalələr dərc edib və bu yazılara əsasən Yunanıstan digər ölkələrin Avropa Oyunlarında iştirak etməməsi üçün çalışır.
Ötən gün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi də bu barədə Yunanıstanın Bakıdakı səfirliyinə xəbərdarlıq edib.