Azərbaycan əhalisi ölkə prezidentinə etibar edir
İyun 24, 2015 07:55 Asia/Baku
-
Azərbaycan əhalisi ölkə prezidentinə etibar edir
Azərbaycan əhalisinin əksəriyyəti ölkə prezidenti İlham Əliyevə etibar edir.
Beynəlxalq Səhər Kanalının APA-ya istinadla verdiyi məlumata görə,bunu “Rəy” Monitorinq Mərkəzinin iyunun əvvəlində ölkə üzrə keçirdiyi ictimai rəy sorğusunun nəticələri sübut edir.Rəy sorğusuna əsasən, əgər prezident seçkiləri qarşıdan gələn bazar günü keçirilsəydi, səsvermə məntəqələrinə yollanacaq respondentlərin tam əksəriyyəti, yəni 87,3%-i səsini hazırkı dövlət başçısı İlham Əliyevə verərdi.
«İ. Əliyev sizin kimi insanların maraqlarına cavab verirmi?» sualına respondentlərin 83%-ə yaxını «bəli, cavab verir» , 5%-i «xeyr, cavab vermir», 4%-i isə «əsasən cavab vermir» deyə bildirib. Qalan 8% respondent bu sualı cavablandırmaqda çətinlik çəkib.
Hesabat 2015-ci il iyunun 13-15-də keçirilmiş «omnibus» tipli ictimai rəy sorğusunun nəticələri əsasında hazırlanıb. Yaşayış yeri üzrə üzbəüz müsahibə yolu ilə keçirilən sorğuda yaşı 18 və yuxarı olan 1500 nəfər iştirak edib.
Teqlər