Azərbaycan MN: Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi 90 dəfə pozub
İyun 24, 2015 10:07 Asia/Baku
-
نقض آتش بس توسط نیروهای ارمنستان در قره باغ
Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 90 dəfə pozub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin(MN) rəsmi saytında bildirilib.
Beynəlxalq Səhər Kanalının Azərbaycan Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Ermənistan Respublikasının İcevan rayonunun Vazaşen və Berkaber kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qızılhacılı kəndində, Noyemberyan rayonunun Barekamavan və Voskepar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı və Aşağı Əskipara kəndlərində, Berd rayonunun Ayqepar, Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Koxanəbi, Ağbulaq kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.Bu məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Şuraabad, Kəngərli, Qaraqaşlı, Şıxlar, Yusifcanlı, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də atəşə tutulub.
Teqlər