MTRŞ: Telekanallar vətənpərvər deyillər
İyun 25, 2015 14:14 Asia/Baku
-
MTRŞ: Telekanallar vətənpərvər deyillər
Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurası deyir ki, Azərbaycanın tele-məkanı hərbi-vətənpərvərliklə bağlı proqram siyasəti qane-edici deyil.
APA-ya açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri bildirib: "2014-cü ilin son və 2015-ci ilin ilk rübündə aparılmış monitorinqlərin nəticələri açıqlandıqdan sonra bəzi telekanallar öz efirlərində hərbi-vətənpərvərliklə bağlı mövzuya korrektə etdilər. Lakin, biz bundan daha yüksək nəticələr gözləyirik."Təvəkkül Dadaşov qeyd edib: "Bu gün Azərbaycan efirində şou verilişlər baş alıb gedir. Həmin şou verilişlərin yerinə daha çox hərbi-vətənpərvərlik proqramları yayımlanmalıdır. Müəyyən irəliləyişə baxmayaraq, təbii ki, hazırki vəziyyət bizi qane etmir-”. Azərbaycanın Milli Televiziya və Radio Şurası rəsmisi belə deyib.